Ermənistanın Fransadakı səfiri Azərbaycan səfiri ilə "France24" telekanalında Ermənistan tərəfindən qeyri-qanuni yolla işğal olunmuş Dağlıq Qarabağ bağlı debatda iştirak etməkdən imtina edib.

Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Parisdə Azərbaycanın Dostları Assosiasiyası bəyanat yayıb.

Bəyanatda bildirilib ki, bununla, Ermənistan atəşkəsi pozduğunu, eyni zamanda beynəlxalq hüququ və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın tarixi Dağlıq Qarabağ regionunun və onun ətrafında yerləşən 7 digər rayonların qanunsuz işğal altında saxlamasına dair BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə (822, 854, 874 və 884) riayət etmədiyini bir daha subut edir.