"Mənim özümdən xoşum gəlir".
Unikal.org xəbər verir ki, bu sözləri mebuat.az-a açıqlamasında əməkdar artist Mehriban Xanlarova deyib. O qeyd edib ki, efirdə çəkildiyim filmlərə, seriallara baxa bilmirəm:
"Amma mən baxıram niyə, də baxa bilməyim ki... Hətta evdə olmasam belə mənə zəng edib deyirlər ki, sənin çəkildiyin filan film efirdə idi, mənə xoş gəlir. Ümumiyyətlə, özümü sevirəm. Bir tərəfdən də öz çəkildiyim filmlərə ona görə baxıram ki, sonradan görüm nə səhv etmişəm. Özlərinə efirdə baxa bilmədiyini deyən adamlar mənə çatmır.