Nadir dəri rənginə görə, tanınan model Vinni Harlou bikinili fotoları ilə diqqət çəkib.
Unikal.org xəbər verir ki, Monakoda dincələn model ilk dəfə olaraq çimərlik şəkillərini sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. Onun şəkilləri instaqramda böyük marağa səbəb olub.
Xatırladaq ki, "Vitiliqo" xəstəliyindən əziyyət çəkən 22 yaşlı Vinni Harlou son zamanların ən məşhur modellərindən biridir.
Model qeyri-adi xəstəliyinə baxmayaraq, onu qazanc mənbəyinə çevirə bilib. Tanınmış moda evləri ilə əməkdaşlıq edən 22 yaşlı Vinni "America's Next Top Model" yarışmasına qatıldıqdan sonra populyarlıq qazanıb. Modelin dərisinin yarısının tünd, yarısının açıq rəngdə olması bir çox dizaynerlərin diqqətini çəkib. Məşhur moda evləri ilə əməkdaşlıq edən ulduz dünya ulduzlarının da kliplərində çəkilir.publika.az