Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdıqları evləri tərk edərək qaçır və qaçarkən ölkəmizdən oğurladıqlarını da özləri ilə aparırlar.
Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, bunu sosial şəbəkələrdə geniş yayılmış videokadrlar da sübut edir.
Qeyd edək ki, kadrları ilk dəfə Rusiyanın "Russia Today" televiziya kanalının Dağlıq Qarabağda olan müxbiri Murad Qazdiyev Tvitterdəki  səhifəsində paylaşıb.
Bu kadrlar göstərir ki, artıq ermənilər bu torpaqların onlara məxsus olmadığını və gec-tez Azərbaycanın onları geri alacağını nəhayət ki, anlamağa başlayıblar. Bu həm də göstərir ki, istər Dağlıq Qarabağda, istərsə də Ermənistanda əhali arasında çaşqınlıq, panika hökm sürür.