"Ona demişəm ki, bu sənin üçün ancaq hobbidir".
Unikal.org xəbər verir ki, bu sözləri əməkdar artist Vəfa Zeynalova qızı Səbinə Rzayevanın model olması haqda "Hər şey daxil verilişində danışarkən deyib. O, qızının bu işi ancaq hobbi kimi edə biləcəyini bildirib:
"Qızımın modelliyə çox həvəsi varidi. Ona görə də biz onun xətrinə dəymək istəmədik və icazə verdik ki, model kimi fəaliyyət göstərsin. Yoxsa əlbəttə ki, o, həmişəlik model kimi qalmayacaq. Tamam başqa sahə də çalışmaq istəyir. Mənim yolumu davam etdirməyəcək.
Qeyd edək ki, aktrisa Vəfa Zeynalovanın Səbinə və Lalə adlı iki əkiz qızı var.metbuat.az