Azərbaycanın millisinin və "Qarabağ"ın sabiq futbolçusu Vüqar Nadirovun sosial şəbəkə hesabında etdiyi paylaşım hər kəsin diqqətini çəkib.

Unikal.org-un Milli.Az-a istinadən məlumatına görə, Vüqar keçmiş hərbçi olan atası Ərşad Nadirovla bağlı paylaşım edib. O, dünyasını dəyişən atasının məzarının erməni işğalı altında olan torpaqlarımızda qaldığını bu sözlərlə ifadə edib: "Atamın qəbri Ağdamdadır, ziyarət etmək istəyərdim".