Azərbaycan Xarici işlər Nazirliyinin təşkilatçılığı ilə bir qrup xarici media nümayəndəsi cəbhə bölgəsində səfərdədir.

Unikal.org-un İtv.az-a istinadən məlumatına görə, xarici media təmsilçilərinin cəbhə bölgəsinə səfəri məhz Lələtpədə yüksəlikdən başladı. Məlumat verildiki 20 ildən artıqdır ki, yüksəkliyi işğal altında saxlayan ermənistan silahlı qüvvələrinin bölmələri bu ərazidə Horadiz şəhəri də daxil olmaqla  ətraf yaşayış məntəqələrini daim atəş altda saxlayıblar. Aprelin birindən ikisə kecən gecə təxribata cəhd edən düşmənə endirilən sarsıdıcı zərbə nəticəsində strateji əhəmiyyətə malik həmin bu yüksəklik Azərbaycan ordusunun nəzarətinə keçdi. Daha sonra jurnalistlərə hazırda cəbhədə movcud olan əməliyyat şəraiti ilə bağlı məlumat verildi.  Füzuliyə səfəri çərcivəsində əcnəbi həmkarlarımız Füzuli rayonunun  düşmən movqelərinə yaxın kəndlərində də oldular. Daha sonra jurnalistlər Ağdam rayonunu cəbhəyanı kəndlərinə gəlib. Burada jurnalistlər Ermənistan silahlı quvvələrinin acdığı artilleriya zərbələri nəticəsində zərər gormüş yasayış yerləri və digər mülki obyektlər göstərilib. Kənd sakinləri düşmənin tez-tez bu cür təxribatlara əl atdığını deyib. Diqqətə catdırılıb ki son bir neçə gündə davam edən atışma nəticəsində bir neçə mülki şəxslər arasında tələfat qeydə alınıb.