Namiq Qaraçuxurlu səhhətində yaranan problemlərdən danışıb.
Unikal.org xəbər verir ki, yenicag.az-a açıqlama verən meyxanaçı bir neçə il bundan əvvəl sağlamlığı ilə bağlı problem yaşadığını, hələ də bundan qurtulmadığını dilə gətirib:
"Boynumda problem yaranmışdı, zədə almışdım. Buna görə bir müddət idmanla məşğul olmadım. Azərbaycanda və Almaniyada müalicə kursları keçdim. Həkim dedi ki, özünü mütləq qorumalısan. İndi də ağrılar var, amma sağalıb-sağalmamağımı idmanla məşğul olandan sonra biləcəyəm. Yaxın günlərdə də idmana başlamağı düşünürəm".