Əməkdar artist, tanınmış şoumen Murad Dadaşov "Maşın şou"dan gedən müğənni Elton Hüseynəliyevin sosial şəbəkədə yazdığı, müsabiqənin qurama olması iddiasına münasibət bildirib.
M.Dadaşov Unikal.org-a açıqlamasında deyib ki, E.Hüseynəliyevin iddiası tamamilə absurddur:
"Məndən nə cavab gözləyirsiniz? Əlbəttə, belə bir hal yoxdur. Hər kəsin bu barədə öz mövqeyi ola bilər. Mən ümumiyyətlə başa düşə bilmirəm, niyə son günlər bu barədə çox deyilir?. E.Hüseynəliyev "Maşın şounun qurama olduğunu iddia edirsə, niyə burada iştirak üçün gəldi? Mən inanmıram ki, bu insan həyatda mazaxistdi. Mənim Eltonla münasibətim çox yaxşıdır və ondan incilikyim yoxdur. Amma onun bu iddialarını başa düşə bilmirəm. Ola bilsin ki, Eltonun mövqeyi belədir ki, "Maşın şou qurmadır. O özü bunu qurma hesab edirsə, qoy belə də başa düşsün. Digərləri bu verilişə teleşou kimi baxır.
Televiziya kanalları televizordan nə ilə idarə olunur? Əlbətdəki müasir dövrdə pultla. Kim bu şounu qurama adlandırırsa, baxmaq istəmirsə, bir saniyədən da az vaxt lazımdır ki, başqa kanallara çevirsin və əsəbləşməsin, əsəbləşəndə də özünü idarə edə bilsin.
Qeyd edək ki, müğənni Elton Hüseynəliyev sosial şəbəkədəki səhifəsində status yazaraq bildirib ki, bu şou quramadır. Hətta o, veriliş bitməmiş "Maşın şou da nələr yaşanacağını dəqiq söyləyib: "Yenə gözəl oyun. İslam da qalacaq, Azər də. Sadəcə bu günü də yola vermək lazımdır. Bu gün 1 nəfər əlini çəkəcək.
Onu da əlavə edək ki, E.Hüseynəliyev bu statusu paylaşandan sonra bir çoxları ona "Siz bütün bunları haradan bilirdiniz? sualını veriblər. İfaçı isə sualları cavabsız qoyub.