Sumqayıt daha bir şəhidini son mənzilə yola salıb.
Unikal.org publika.az-a istinadən bildirir ki, Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Bayramov Şülan Bayram oğlu cəbhənin təmas xəttində Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
Şəhidimizlə vida mərasimi səhər saatlarından etibarən yaşadığı mənzildə başlayıb. Dəfn mərasimi şəhidin hərbi xidmətdə olan qardaşı gəldikdən sonra günorta saatlarında baş tutacaq. Dünən gecədən sosial şəbəkələr vasitəsilə xəbər tutan şəhər əhalisi onun evinə tərəf axın etməyə başlayıb. Artıq indidən şəhidin evi qarşısında yüzlərlə insan toplaşıb. Axın hələ də davam etməkdədir.
Şəhidin evi qarşısında toplaşan gənclər "Şəhidlər ölməz, vətən bölünməz", "Qarabağ bizimdir, bizim olacaq" və digər şüarlar səsləndirirlər.