Səudiyyə Ərəbistanının şərqində yerləşən Əl Katif şəhərinin mərkəzi küçələrindən birində güclü partlayış baş verib, ölən və yaralananlar barədə hələlik məlumat verilmir.
 
Unikal.org-un "Al-Arabiyaya istinadən verdiyi xəbərə görə, güclü partlayıcı qurğu quraşdırılmış avtomobil partladılıb. Partlayış nəticəsində avtomobil bir necə hissəyə bölünüb.

Hadisə yerinə polis və həkimlər cəlb olunub.