Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının qərb hissəsində cəbhəyanı yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində əraziyə düşən və partlamamış hərbi sursatlar (PHS) barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən aidiyyəti təxirəsalınmaz tədbirlərin görülməsi üçün Agentliyin nəzdində bir neçə çevik qrup yaradılıb.
Unikal.org xəbər verir ki, ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin 102 Xidməti, Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Rayon İcra hakimiyyətlərindən daxil olan məlumatlara əsasən yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Agentlik tərəfindən təcili və təxirəsalınmaz tədbirlər görülür.