Ötən gecə "Maşın" şouda müğənni Nadir Qafarzadə və rejissor Kənan M.M arasında gərgin anlar yaşanıb.
Unikal.org xəbər verir ki, Nadir Qafarzadənin "Mən maşından əlimi götürüb gedəcəm, qoy Kənan qalsın" deməsi rejissoru hiddətləndirib. O, Nadir Qafarzadəni təhqir edib:
"Kül Kənanın başına ki, onun yerinə sən gedirsən. Bu, nə sözlərdir? Sən məni alçaldırsan".
Nadir Qafarzadə isə rejissorun bu sözlərinə daha da əsəbiləşərək "Görüm, elə bu maşını qazanan içində meyit aparsın" deyib.