ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.

Unikal.org xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar müğənni Cavad Rəcəbovu sms səsverməsinə çıxarıblar.

İfaçı səs topladığı təqdirdərejissor Kənan Mahmudovu verilişdən çıxaracağını deyib. Sənətçi maşını udub uşaqlar evinə vermək istədiyini və Kənanın onun üçün güclü rəqib olduğunu söyləyib.

Kənan isə ifaçının seçimindən təəccübləndiyini və sonadək mübarizə aparacağını söyləyib:

"Verilişə gələndən deyirəm ki, bu maşın mənə lazım deyil. Sözümün ağasıyam. Dünənə qədər maşını İslamın udmasını istəyirdim. Lakin oğlum bu gün verilişə gəlmişdi və ondan soruşdum ki, maşını kim aparsın. O isə bildirdi ki, bizim maşınımız var. Onu ud və Hüseyn Dəryanın oğluna ver. Sonda mənə yaxın olan Pərvinlə də qalsam, əlimi çəkən deyiləm.

Proqramın sonunda C.Rəcəbov 38,82 faiz səs yığaraq özü verilişdən gedib.

Hazırda şouda mübarizəni aktrisa Pərvin Abıyeva, aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə,Səidə Sultan, rejissorlar Aqil M.Quliyev, Kənan Mahmudov, aparıcı Azər Zahid, jurnalist Vüqar Vüqarlı, rəqqasə Oksana Rəsulova davam etdirir.axşam.az