"Star TVdə yayımlanan "Zuhal Topalla evlilik verilişində yer alan azərbaycanlı model Əli Əkbərə sevgilisi Nurlana maraqlı təklif edib.
Unikal.org xəbər verir ki, 3 gün əvvəl Əlinin çağırışı ilə Bakıdan veririlə gələn Nurlana ondan soyadını istəyib.
"Biz neçə gündür mübahisə edirik. Hələ də ona inana bilmirəm. Amma mənim bir istəyim var. Düşünürəm ki, Əli də bilir. Mən onun soyadını istəyirəm. Əgər sevirsə, buna əməl edəcək.
Əkbər bu sözlərdən sonra çox təəccüblənib. O, Nurlana ilə evlənməyi düşündüyünü, lakin bunun üçün hələ tez olduğunu vurğulayıb.
"Səni ona görə çağırdım. Bəlkə də, evlənməyi səndən çox mən istəyirəm. Amma 2 ildir bir-birimizi görmürük. Düşünürəm ki, hələ bir müddət birlikdə vaxt keçirməliyik.
Xatırladaq ki, azərbaycanlı model ilk dəfə proqramda Naz adlı iştirakçıya elçi düşüb.