Bu gün günorta saatlarında Masallı rayonunda güclü yanğın baş verib.

Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə rayonun Digah kəndində baş verib. Kənddə yerləşən meyvə-tərəvəz istixanasının anbarı yanır.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Hal-hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.