"Maşın realiti-şousunda yer alan müğənni Səidə Sultanla prodüser Tarix Əliyev (Tolik) arasındakı qarşıdurma getdikcə daha da böyüyüb.
Unikal.org xəbər verir ki, ötən gün Tolik əlini maşından çəkərək, yarışmanı tərk edib.
S.Sultan isə prodüserin ondan qorxduğu üçün yarışmadan öz istəyi ilə getdiyini söyləyib:
"Tamaşaçı səsverməsinə çıxıb Toliki uzaqlaşdırmalı idim. Tolik də başa düşdü ki, mən ora çıxacam. Ona görə də, məcbur olub maşından əlini çəkdi. O, mübarizə apara bilmədi, qorxdu. Tolik deyir ki, əsəbləri dözməyib gedib. Elə də deməliydi də. Kameralara oynayan o qədər adam var ki... Bir qrupun başçısı ki, Tolikdir... O qrupun vay halına.
Tolik Səidəyə İnstaqram vasitəsilə cavab verib. O bildirib ki, S.Sultanın iddiaları yalandır:
"Səidə, sən mənə ən axırıncı rəqibsən. Hələ sən özsünü bu xalqa tanıt sonra... Mənim bu ölkəyə xeyrimi sənin kimi "müğənniciklər" bilməz. Sənə dedim ki, qarşımda Nəsib var (aparıcı Nəsib Nur, Səidənin bacısının həyat yoldaşı - red.), ona hörmət edirəm. "Maşın 17 gündən sonra bitir, amma mən qalacam. Mən çıxanda sözümü dedim, arxamca şir olmusan. Bir azdan orada rəqabət çox gərgin olacaq. Mənim əsəblərim və sağlamlığım buna tab gətirməyəcək. Bəzilərinin arzusu ürəyində qaldı, onlara "Toliki çıxartdım demək nəsib olmadı.
Qeyd edək ki, ötən gün müğənni Cavad Rəcəbov səsverməyə çıxıb və sms toplaya bilməyib, yarışmadan gedib. C.Rəcəbov səs topladığı təqdirdə rejissor Kənan M.M.-i çıxaracağını bildirmişdi.axşam.az