"Mənim heç kimlə işim yoxdur, heç kəsin də mənimlə işi yoxdur".
Unikal.org xəbər verir ki, bu sözləri aktyor Müşfiq Şahverdiyev qalmaqallarda iştirak etməməsi haqda metbuat.az-a danışarkən deyib.
O, heç kəslə işi olmadığını bildirib:
"Çox çılğın bir insanam. Hər şeyə tez reaksiya verənəm. Özümdən tez çıxıram. Amma hələ ki "quyruğumu tapdalayan olmayıb. Ona görə də heç bir söz-söhbətdə iştirak etməmişəm. Mənim heç kimlə işim yoxdur, heç kəsin də mənimlə işi yoxdur. Amma kimsə nəyisə desə, onun da cavabını lazımınca verərəm.