Atyor İslam Mehrəliyevin 11 aylıq oğlu onu realiti şouda ziyarət edib.
Unikal.org xəbər verir ki, sənətçi oğlu Məhəmməd ilə xoş zaman keçirib. Oğluna çox bağlı aktyor onun haqda bunları danışdı:
"İşdən sonra evə neçədə qayıtsam da, Məhəmmədlə oynamasam olmaz. Gec də olsa, yatmış da olsa, onu oyadıb, onunla vaxt keçirməliyəm. Anam da, yoldaşım da hər dəfə şikayət eləsələr də xeyri yoxdur. Allah bütün balaları saxlasın, onsuz bir günüm olmasın" -deyə, İslam Big.az-a oğlu üçün darıxdığını etiraf etdi.