Terrorçu PKK qruplaşmasını tərksilah olub, hücumları dayandırmağa çağırırıq.
Unikal.org report-a istinadən bildirir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri Con Baas bildirib.
"Terrora qarşı mübarizə Türkiyə hökumətinin haqqıdır. Bununla belə mülki əhalinin həyatını itirməsinin qarşısı alınmalıdır. ABŞ PYD-yə (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu - red.) silah vermir. Türkiyənin PYD ilə bağlı narahatlığına həssaslıqla yanaşırıq", - deyə səfir vurğulayıb.