"Maşın" şounun bugünkü buraxılışında daha bir məşhur verilişi tərk edib.
Unikal.org xəbər verir ki, Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar müğənni Səidə Sultanın şəklini atıblar.
Səidə səs topladığı təqdirdə ya aktrisa Pərvin Abıyevanı, ya da aktyor İslam Mehrəliyevi verilişdən uzaqlaşdıracağını bildirib. O, dəqiq qərara proqramın gedişatından asılı olaraq verəcəyini söyləyib.
Oyunun ikinci yarısından ifaçı fikrini dəyişdiyini, şouda qalacağı halda, Pərvin, yaxud, rejissor Kənan Mahmudovu çıxaracağını vurğulayıb.
İki iştirakçı ilə qarşıdurmaya başlayan S.Sultan şounun sonunda 70,21 faiz səs yığaraq proqramda qalıb. İfaçı aktrisa P.Abıyevanı verilişdən uzaqlaşdırıb.
"Pərvin getsin, evdən qardaşına səs göndərsin", - deyə Səidə bildirib.
Hazırda şouda mübarizəniaktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Cavad Rəcəbov, Səidə Sultan, rejissorlar Aqil M.Quliyev, Kənan Mahmudov, aparıcı Azər Zahid, jurnalist Vüqar Vüqarlı, rəqqasə Oksana Rəsulova davam etdirir.axşam.az