ARB TV-nin "Gəlin danışaq verilişinin növbəti qonağı olan aktyor Elməddin Cəfərov şəxsi həyatından danışıb.
Unikal.org xəbər verir ki, tanınmış aktyor şəxsi həyatındakı çətinliklərindən danışıb:
"Düşündüm ki, hər şeyim var, artıq toya da getməyim. Fevralda dedim ki, getmirəm. Mayda xəbər gəldi ki, aldığım evi məndən başqa 11 nəfərə də satıblar. Birinci xəbər gəldi ki, qohumum gəlib. Ona da ev almışıq, ev ortada yoxdu. 80 min pul tap ver ona. Mən də fikirləşdim ki, öz evimi satım, verim ona. Getdim ki, mənim də evimdə eyni problemdir. Hər şeyim gedib, eyni zamanda, kiməsə 80 min borcum var. Nəslimdə hamı bilirdi ki, mənim qohumumun evində problem var. Amma mən deyə bilmədim ki, mənim də evimdə problem var. Qorxdum ki, məndən üz çevirərlər. Tək Allaha yönəldim, ona sığındım. 18 gün yata bilmədim. O anda belə Allaha sığındım və Rəbbim mənə yol açdı. Bir dəfə hadisə oldu, deməyəcəm o hadisəni, televizora çıxdım, lazım olan məqamda, lazım olan yerdə oldum, o xəbərlərdə görsəndi, ev atan adam gəlib evimi qaytardı ki, qadan alaram, mənə dəyib dolaşma. Bu vaxta qədər min dəfə efirə çıxmışdım. Bir dəfəsinə Rəbbim istədi və düzəldi. Bir ildən sonra o adamın evi var idi, mənim də öz evim, bahalı cipim də var idi".