"Biz sadəcə yayım hüququna malikik".
Unikal.org xəbər verir ki, bu sözləri ATV kanalının İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentnin rəhbəri Turan İbrahimov sözügeden telekanalda yayımlanan "Maşın şou-da rejissor Kənan M.M-in qaydalara riyayət etməyərək əlini maşından çəksə də, yenə də yarışmadan qovulmaması haqda danışarkən deyib. O, bu məsələnin kanala adiyyatı olmadığını bildirib:
"Müqaviləyə əsasən, ATV kanalı sadəcə "Maşın şou-nun 2 saatlıq yayım haqqını alıb. Yəni, biz ancaq yayıma cavabdeyik. Bu haqda ancaq "M grup prodakşının rəhbəri Murad Dadaşov ətraflı məlumat verə bilər.
Qeyd edək ki, Murad Dadaşovla əlaqə saxlamağa çalışsaq da, o, telefona cavab vermədi.metbuat.az