Ölkəmizdə və onun hüdudlarından çox-çox uzaqlarda tanınan "Nənələr folklor kollektivinin adı dillər əzbəridir.
Unikal.org azertag-a istinadən xəbər verir ki, Lənkəranda fəaliyyət göstərən "Nənələr folklor kollektivinin ənənəsini "Nəvələr rəqs qrupu uğurla davam etdirir. Şəhər 5 nömrəli uşaq bağçası nəzdində yaradılan "Nəvələr qrupu qısa müddətdə çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb.
Uşaq bağçasının müdiri Aybəniz Hüseynova bildirib ki, adı dillər əzbəri olan lənkəranlı "Nənələrin davamçıları "Nəvələr" mahnı və rəqs qrupu üç ildir fəaliyyət göstərir. "Nəvələrin sayı, ifa etdiyi mahnılar, səhnə davranışı və geyimləri "Nənələrlə eynilik təşkil edir. Öz şux rəqsləri ilə iştirak etdikləri bütün tədbirlərdə böyük alqış qazanan "Nəvələr qrupunun ən böyük üzvünün 5, ən kiçiyinin isə cəmi 3 yaşı var.
"Nəvələr mahnı və rəqs qrupunun repertuarında hələlik iki mahnının olduğunu vurğulayan A.Hüseynova gələcəkdə mahnı və rəqslərin sayını artıracaqlarını vurğulayıb.
Qrupun üzvləri hətta özlərinə nənə də seçiblər. Onlar bütün tədbirlərdə seçdikləri nənə ilə yanaşı çıxış edirlər.