"Maşın"şouda qalmaqallar səngimək bilmir.
Unikal.org xəbər verir ki, iki gün öncə müğənni Səidə Sultan səs toplayaraq aktrisa Pərvin abıyevanı şoudan kənarlaşdırmışdı.
Aktrisa hələ də şoudakı başverənlərə mümasibət bildirməkdə davam edir. Belə ki, P.Abıyeva "İnsagram" hesabında şou haqda bunları deyb.
"Gedəndə çox həvəslə hazırlaşıb getmişdim.Hər nə ordakıların insan olduğuna inanırdım. Amma orda bir neçə insanı çıxmaq şərti ilə hamısında 1000 dənə üz gördüm. Hər biri üzümə gülürdü, elə mülayim idilərsə, o boyda sənətçilərdə, illərin təcrübəli sənətkarları mənimlə nə işləri biz burdan sonra da dost qalacağıq deyə düşünmüşdüm. Amma çox heyif əsl üzlər elə mən çıxandan sonra açıldı. Nadir, Sərxan, İslam, ən çox da Aqil məni təəccübləndirdi.
Sərxan- Pərvin sən qorxma onsuzda o səs toplamayacaq. Kimdi ona səs verən. Mən efirdə ona teref danışacam incimərsən? Onsuzda bilirəm gedəcək.
Nadir- Mən səni həmişə çox istəmişəm. Mənim qızım yaşındasan. Çox gözəlsən, səmimisən, safsan Səni çox istəyirəm. Amma mənim adım çəkiləndə o sevinc qısqışqırıqları...
İslam - Hər zaman dəstək olduğum tərəfini salxadığım insan, bütün dostlarımı toplayıb hamısına ona səs göndərtdirdim. O xanım hədəfi deyişən kimi susdu düşünürəm ki, qorxdu...
Təranə xanim- xətrini çox istəyirəm. Amma o da özünü səhf göstərdi. Sənə səs istəmişdəm, səninləyəm dedi . Amma sonra?
Aqil isə......
Nə isə. Sevindiyim bir şey var. Nəyəm oyam necəyəm, elə də olacam. Maşına görə artistlik etməyecem, Heç kimin qelbini qırmayacam dedim, oyun oynamıyacam dedim ele de eledim!
Tək səhvm ailəmi qorumaq idisə ona görə əsəbləşdimsə əcəb elədim, Peşiman da deyiləm. Hər kəs eynisini eliyərdi. Mən əminəm ki, mən onun elediyini eləsəydim əlini çəkib mənə hücum da ederdi. Əgər Kənanın tərəfində oldun belə oynadız deyirlərsə. Yaxşı ki, elə 1 sifeti olan neçə illərdi yanilmadığım MM in yanında oldum. Deyirsiz onun badına getdim. Təki onun badına gedim. Mən bilirəm ki, mən o ailə üçün o ailə də mənim üçün əbədi dəyərli olacağıq! Maşın şou ilə əlaqəli deyəcəklerim ve postum bu qeder!bu da son!"