Müğənni Nadir Qafarzadə mərhum reper Hüseyn Dəryanın oğlu Cahangirin ona yazdığı mesajı sosial şəbəkədə yayımlayıb.
Unikal.org xəbər verir ki, "Maşın şounun iştirakçılarından olan Nadirlə rejissor Kənan M.M. arasında qalmaqal yaşanmışdı.
Kənanın avtomobili qazandığı halda Cahangirə bağışlayacağını deməsinə ifaçı etiraz etmişdi.
Nadir isə Cahangirin həmin sözlərinə əsəbiləşərək bunları deyib:
"Bu fotonu Hüseyn Dəryanın oğlu "directə atıb. İndi buna nə ad verək? Guya, o ərzaqları Kənan öz pulu ilə alıb aparıb? Ərzaqları Kənana şouda veriblər, o da Hüseyn Dəryanın oğluna aparıb. Öz cibindən xərcləməyib.
Allaha çox şükür, kimə nə yaxşılıq etmişəmsə, öz halal qazandığım pulla eləmişəm. Reklamlara heç vaxt ehtiyac görməmişəm. Çünki xalqım hər şeyi görür və yaxşı bilir. Mən isə Hüseyn Dəryanın oğluna heç nə demirəm. Çünki o mənim oğlanlarımdan da balacadır. Həyatda hər kəs atasını tanısın. Allah səni saxlasın, Cahangir.