Narkotik ticarəti ilə məşğul olmaqda günahlandırılan müğənni və bəstəkar Dəniz Səki bu gün azadlığa buraxılıb.

Unikal.org xəbər verir ki, 3 ildir Bakırköy Qadın Qapalı Həbsxanasıda yatan ulduz çıxışda böyük izdihamla qarşılaşıb.

O, jurnalistlərə "Çox çətin bir yoldu" , - deyə etiraf edib. Daha sonra isə D.Səki sülh və azadlıq rəzmi olan göyərçini göyə uçurub və hisslərini belə ifadə edib:

"Bu qədər gözəl və sevgi ilə qarşılaşdığım üçün təşəkkür edirəm. Bu illər ərzində dimdik ayaqda qalmağıma dəstək oldunuz. Çox çətin bir yoldu, amma Allahın izni ilə çıxdım. 2 gün sonra mətbuat konfransı olacaq. İndi isə izn versəniz, bir az dincəlmək istəyirəm".publika.az