Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu "Maşın" şounun növbəti buraxılışında iştirakçılar jurnalist Vüqar Vüqarlının şəklini atıblar.
Unikal.org-un məlumatıa görə, jurnalist səs topladığı təqdirdə aktyor Sərxan Kərəmoğlunu oyundan uzaqlaşdıracağını bildirib.
Sərxan Vüqarın seçimindən təəccübləndiyini, lakin incimədiyini söyləyib:
"Vüqarın bu maşına məndən çox ehtiyacı var. Mən uşaqlarım elə maşın olmayıb ki, ona minməsinlər. Vaxtı ilə çox maşınım olub. 24 yaşlı oğlu var. O da mənə maşın ala bilər. Düşünürəm, bu oyunda maşına ən çox ehtiyacı olan məhz Vüqardır. Ona görə onunla mübarizə etmək istəmirəm".
Sonda jurnalist 39,92 faiz səs yığaraq oyundan özü gedib.
S.Kərəmoğlu V.Vüqarlının oyundan getməsinə kövrələrək ağlayıb.