ARB TV-nin "Türk şou-maqazin" verilişinin qonağı olan tanınmış türkiyəli müğənni Fərhad Göçər olub.
Unikal.org xəbər verir ki, maraqlı açıqlamalar verən sənətçi, ilk olaraq mahnılarını özünün xarakterinə uyğun seçib oxuduğunu bildirib:
"Xarakterimi yansıdan mahnılardır. Keçmişimdə platonik sevgilər yaşamışam. İçimdə saxlamışam. Ona görə də belə alınır. İndiki mahnılar da buna uyğundur. İndi çox xoşbəxtəm və rahatam. Mənə görə bir kişini xoşbəxt etmək üçün sevgi və hörmət gərəkli amillərdir. Sonsuz güvən olmalıdır, yalan söyləmək olmaz".
Fərhad Göçər tətili hara keçirəcəyindən və Azərbaycan haqda söz açıb:
"Tətildə Bodruma gedəcəyik. Orada qohum-əqraba ilə birlikdə zaman keçirməyi düşünürük. Azərbaycana tez-tez gəlirəm. Hardasa 2-3 aydan bir Bakıya, Gəncəyə gəlib-gedirəm. Tez-tez konsertlərimiz olur. Bakını çox bəyənirəm. Dubaydan fərqiniz yoxdur. Çox təmiz havası var, qısqandıracaq dərəcədə gözəl şəhər olub".