Müğənni Mənzurə Musayevanın ailəsində xeyir iş olub.
Unikal.org xəbər verir ki, ifaçı "Hər şey daxil verilişində qızı Çinarəni nişanlandığını deyib:
"Allah hər kəsin ailəsinə xeyir iş nəsib etsin. Qızıma martın 19-da nişan gəldi. Toyun nə vaxt keçiriləcəyinə gəlincə... Onun doğma atası, anası var, onlar nə vaxt məsləhət bilsələr, onda da olacaq. İnanıram ki, qızımgil məni bundan sonra da tək qoymayacaqlar. Hələlik, anam yanımdadır. Düzdür, o, elə qız deyil. İndidən deyir ki, necə eləyək, gəlib sənə yaxın yaşayaq. Deyirəm, onsuz da bu ev-eşik hamısı sənindir.
Qeyd edək ki, M.Musayeva qardaşı qızını övladlığa götürüb.axşam.az