"Sənə deyiləsi sözüm çoxdur, amma burada hamısını yazmaq olmaz. Heyflər olsun ki, cahil və hamıda qüsur axtaran insanlar çoxluq təşkil edir. Gərək insana dəyər vermək üçün birinci özün dəyərli olasan".
Unikal.org xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev bugün doğum gününü qeyd edən prodüser Tarix Əliyev (Tolik) barəsində deyib.
O, Tolik ilə bağlı təəssüratlarını dilə gətirib:
"Səni tanıdığım müddət 13 ilə yaxındır. 3 ildir birlikdə çalışırıq və mən səni yaxından bir il ərzində tanıdım desəm yanılmaram. Sözün əsl mənasında tanıdım. Şəxsən mənim üçün çox əzizsən. İllərdir dost bildiyim, yolunda pulumdan, malımdan, bir çox şeylərdən keçəcəyim dırnaq arası adamlar heç insan ola bilmədilər, qaldı ki, dost olsunlar. Sən isə dostluğu bacardın, mənimlə səmimi oldun, işdə haramlıq etmədin, insanları pula görə aldatmadın, dostunu nəyəsə görə satmadın. Elə vaxtlar oldu ki, hətta heç kimə qulaq asmadığın anda məni eşitdin. Çalışdın üzümü işimdə və tanıdığım insanların arasında ağ edəsən və bunu bacardın. Mənim haqda haqsız danışanın ağzından vurdun, yaxşılığı itirmədin, haqqımı tapdalamadın. Sən yaxşı dost, əvəzolunmaz insan və nömrə bir prodüsersən. Hamımızın çılğın, səbirsiz, ürəyi saf, təmiz olan Tolikimizsən. Sənin üçün dəyərli olan bu günün mübarək, Tolik. Adın mübarək. Sənə uzun ömür, can sağlığı, bir də ən əsası səbr arzu edirəm. Həmişə gül, yaşa, sev, sevil və xoşbəxt ol". big.az