Mərhum xalq artisti Yaşar Nurinin illər öncə oxuduğu rep ifası yayılıb.
Unikal.org-un məlumatına görə, Mirzə Ələkbər Sabirin "Adətimiz daş idi, dəva günü" adlı əsərinə yazılmış bəstəni bəstəkar Cavanşir Quliyev bəstələyib.
O, videonu öz "Facebook" səhifəsində paylaşıb. Bu ifa 1998-ci ildə M.Ə.Sabirlə bağlı çəkiləcək veriliş öçün yazılıbmış. Lakin müəyyən səbəblərdən veriliş çəkilməyib, Y.Nurinin ifaları isə işıq üzünə çıxmayıb.