Azərbaycan-Ermənistan təmas xəttindəki son döyüşlərdə şəhid olan əsgərimiz Sərxan Bağırovun cibindən çıxan məktub hər kəsi sarsıdıb.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, evin yeganə övladı olan əsgər Bağırovun dəfn törənində iştirak edən nazirlik rəsmisi A.Qurbani son əməliyyatlardan, ordumuzun uğurlarından, digər cəbhədə baş verən ibrətamiz və gözyaşardan səhnələri dilə gətirib:
"Şəhid olan subay əsgərimizin cibindən məktub çıxıb. Məktubda yazılmışdı: "Əzizim Gülçin! Mən səni sevirəm, ola bilsin ki, həlak oldum. Amma qəm yemə, sən də məni sevirsənsə, onda mənim dəfnimə gəlib ürəyində "Mən də səni sevirəm" deyərsən. Mən səni eşidəcəm".
Qedy edək ki, Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı şəhid Sərxan Bağırov doğulduğu Göygöl rayonun Alıməmmədli kəndində torpağa tapşırılıb.