Əməkdar artist Ruhəngiz Musəvi plastik əməliyyat etdirməsi ilə bağlı söz-söhbətlərə cavab verib.
Unikal.org xəbər verir ki, "Show time verilişində qonaq olan müğənni heç vaxt əməliyyat etdirmədiyini söyləyib:
"64 yaşım var, heç bir zaman plastik əməliyyat etdirməmişəm. Əməliyyat etdirənə oxşayıram? Bir çoxlarına arzu edirəm ki, bu yaşda mənim kimi qalsınlar. Görün əməliyyat etdirsəm necə olaram. Məndə hər şey təbiidir. Deyirlər ki, niyə belə gözəl qalmısız? Ürəyim təmizdir, ona görə beləyəm. Həm də istəmirəm ki, məni qoca görsünlər. Lazım olsa, gələcəkdə plastik əməliyyat etdirəcəm.