Tanınmış müğənni Miri Yusifin illər əvvəl ilk məhəbbətinin arxasınca ABŞ-a getdiyi zaman başına gələn əhvalatlar yayılıb:
Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə yayılan əhvalat belədir:
Miri Yusif məktəb illərindən başlayan sevgisinin arxasınca ABŞ-a gedib. Elə bununla da onun həyatında çətin, lakin maraqlı günlər başlayıb. O, hava limanında tək qalıb. Arxasınca okeanı keçdiyi xanım onu qarşılamayıb. Miri Yusif elə həmin anda öz seçimini edib. Təbiət etibarilə o, sakit həyat tərzinə alışmış biri deyildi, ona yaradıcılıq üçün yeni təkanlar, macəralar lazım idi. O, geriyə qayıtmaq yerinə Amerikada qalmağı seçib. Bank hesabında 1 dolları belə olmadığı halda, müğənni ABŞ-da yaşamağa başlayıb. Baxmayaraq ki, həmin vaxtlarda "Dəyirman çox populyar idi, konsertləri anşlaqla keçirdi. Miri Yusif qabyuyandan ofisianta hər bir işdə çalışıb. Qalmağa yeri olmadığı üçün üfürülən döşəyi ilə işlədiyi yerdə qalıb. Özünün "karantin adlandırdığı bu dövrdə yeni ruhda, yeni tərzdə mahnılar yazmağa başlayıb. Vaxt keçdikcə onun həyatı öz axarına düşməyə başlayıb. Ona ABŞ-da yaxın dostu Teymur Nuriyev dəstək olub. O, artıq arada bir Bakıya gələ bilirdi. Bakıya gəldiyi vaxtda konsertdə bir qızla qarşılaşıb. Ertəsi gün həmin qız öz qardaşı və ailə dostları Fidan Qasımovayla onların evinə gəlib. Cəmi bir ay sonra - 09.10.2008-ci ildə onların öz ailəsi yaranıb.(metbuat.az)