"100-dən 1-i verilişində qonaq olan beş qat dünya çempionu, 10 qat Avropa çempionu Rafael Ağayev yaşadığı çətin günlərindən danışıb.
Unikal.org xəbər verir ki, idmançı qazancından bəhs edərək valideynlərin haqqını da unutmadığını deyib.
"Elə zamanlar olub ki, evimizdə bir çörək tapmamışıq bölüb yeyək. Kasıb ailədə böyümüşəm. İndi qazanıram, ailəliyəm. Gələcəkdə balalarım üçün gün ağlamağa çalışıram. 7 yaşımdan idmandayam, ilk maaşım 100 dollar olub. Heç vaxt böyük məbləğdə pul xərcləmirəm. Özümə lazım olan qədər götürür, qalanını valideynlərimə verirəm. İnsan gərək keçmişini unutmasın.