Unikal.org xəbər verir ki, Ölkənin gündəminə çevrilmiş "Maşın" şou və bu gündəmdən faydalanmaq istəyənlənlərlə bağlı Big.az Murad Dadaşovla tez-bazar müsahibə aldı:
- Ölkənin ən reytinqli şousu olan "Maşın-ın bu sürətində şounu tərk edən Pərvin iddia edir ki, o çıxandan şounun reytinqi düşüb. Hazırda verilişin reytinqi hansı səviyyədədir?
- Budəfəki sürətdə mən özüm efirdən belə bir ifadə işlətdim ki, hələ "Maşın" ətrafında belə ajiotaj olmamışdı. Amma daha sonra araşdırdıq ki, bundan da səs-küylü, bundan da reytinqli buraxılışlarımız olub. Öz növbəsində iştirakçılar da bu şou vasitəsi ilə daha da populyar olublar.
Pərvini isə bir gözəl xanım kimi çox istəyirəm. O da "Maşın"-dan öz payını aldı. Populyarlıq payını... Artıq o, sıradan bir gözəl qız deyil, həm də məşhur oldu.
- Keçmiş iştirakçılardan Mehriban Xanlarova da "Maşın-dan narazılıq edib. O: "Şouya baxmıram, çünki mənə maraqlı deyil. Şouda nalayiq söyüşlər söyülür - deyib.
- Mehribanın bu haqda danışmağa nə qədər haqqı var? Mehriban Xanlarovanı bir aktrisa kimi çox bəyənirəm. Amma hər bir iştirakçının bizdə arxivləri var. Elə etməsinlər ki, onların efirə getməyən kadrlarını ortalığa çıxarmalı olaq.
- Öz növbəsində aparıcı İradə İsaq da şouda gedənlərə etiraz olaraq, "Maşın şou"-ya baxmırıq. Hətta heç vaxt baxmamışıq. Yəqin ki heç vaxt da baxmarıq - deyib
- O baxmıram deyənlər var aaa, bax, onlar dəqiq baxırlar. Çünki baxmayanlar bu haqda danışmır. Belə də ki, televizorunun pultu var? Var. Başqa kanallar var? Var. Qoy, kanalı dəyişib başqa kanala baxsınlar.
Ümumiyyətlə isə, nə Mehribanın, nə İradənin, nə də qeyrisinin mənim tərbiyəmə şübhələri ola bilməz. Çünki mənim layihəm haqda belə sözlər deyənlər, birbaşa mənə demiş olurlar. Ona görə ki, bütün bunları mən şəxsən tənzimləyirəm. Heç vaxt da əxlaqsızılığın, söyüşün efirimdə səslənməyinə imkan verə bilmərəm!
Mənim tərbiyəmdə şübhəsi olanlar, öz fəaliyyətlərini qarşılarına qoyub təhlil etsinlər. Bütün bu şərhlər mənə təhqirdir və hər biri haqda da xəbərlər gəlib mənə çatır. Sadəcə, hələlik vaxt azlığından hamısına cavab verə bilmirəm.
- Dünən canlı yayımda tezliklə növbəti sürətin də efirə gedəcəyini anons etdiniz.
- Bəli, bu ilin sonunda növbəti "Maşın"-ı gözləyin. Artıq dəqiq tarixlər bəlli olsa da, hələlik, öz aramızda qalsın.