Lənkəran rayonunun Velədi kəndində bədbəxt hadisə qeydə alınıb. Belə ki, 40-45 yaşlarında olan kənd sakini "laqonda" ilə həyətdə işləyərkən üst dodağını kəsib.
Unikal.org Sputnik.az-a istinadən bildirir ki, yaralanan şəxs dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı danışa bilmədiyindən şəxsiyyəti hələ ki, məlum deyil və o, xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, hadisənin texnika ilə ehtiyatsız davranma səbəbindən baş verdiyi bildirilir.