Göygöldə bıçaqlanma olub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Üçtəpə kənd sakini, 1996-cı il təvəllüdlü Mustafazadə Elşən Zirəddin oğlu sifətin və döş nahiyəsinin kəsilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti kafi qiymətləndirilir. Yaxınlarının dediyin görə, E. Mustafazadə tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.