Mayın 6-da müğənni Könül Kərimovanın qızı Ləmanın nişan mərasimi baş tutub.

Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, sənətçi övladının nişanı ərəfəsində ona mahnı həsr etdiyini bildirmişdi.

Könül Kərimova qeyd etmişdi ki, "Qızım" adlı mahnının bəstəsi Cabbar Musayevə, ideya müəllifi isə Arzu Zeynalova məxsusdur.

Bu məqamda mahnının yaranma tarixçəsi ilə bağlı bəzi təfərrüatlar əldə edilib. Bəlli olub ki, bəstənin Könül Kərimova ilə ümumiyyətlə heç bir bağlılığı yoxdur və mahnı sənətçinin qızına həsr olunmayıb.

Belə ki, mahnı Arzu Zeynalov adlı iş adamının sifarişi ilə bəstəkar Cabbar Musayev tərəfindən özəl olaraq hazırlanıb. İş adamı bir neçə ay öncə ailə həyatı quran qızı Aytənə toyunda sürpriz edib. Mahnının sözlərini də A.Zeynalovun özü yazıb. Bəstəni oxumaq isə xalq artisti Samir Cəfərova həvalə olunub. Opera ifaçısı toyda çıxış edərək sözügedən ifanı səsləndirib.



Daha sonra Könül Kərimova mahnını öz repertuarına daxil edib. Ən maraqlı məqam isə odur ki, müğənni mətbuata hər açıqlamasında bu mahnının qızına həsr olunduğunu bildirir. Sənətçi övladının nişan mərasimində də bu ifanı səsləndirib.

Bəstəni toyunda qızına sürpriz edən Arzu Zeynalov isə bildirib ki, K.Kərimovanın atdığı addım təəccüblüdür:

"Onun bu mahnını oxumasına qarşı deyiləm. Amma hər dəfə mahnının qızına həsr olunduğunu deməsini anlaya bilmirəm. Bu mahnı qızım Aytən üçün yazılıb. Xahiş edirəm, hər kəs bunu bilsin.