Müğənni Nazənin məhkəməlik olduğu Təranədən qisasını alıb.
Unikal.org xəbər verir ki, "Maşın Şou"da səs verməyə çıxan Təranə Qumralı görən Nazənin İnstaqram hesabında aktiv şəkildə hücuma keçib.
O, veriliş boyu İnstaqramdan canlı yayım edərək, hər kəsi Təranə Qumrala getsinə səs verməyə çağırıb.
Nazənin bunu düşmənçilik mövqeyi kimi yox, Sərxan Kərəmoğlu ilə dost münasibətinin olduğu üçün etdiyini bildirib.
Daha sonra isə Nazənin hesabında 2 dəfə Sərxana dəstək olmaq üçün post paylaşıb.
"Bu axşam məni sevənlərdən Sərxan Kərəmoğluna səs verməyə dəvət edirəm.Onunla dost kimi elə də yaxın olmasam da, haqlı olduğu üçün qalib gəlməsini istəyirəm. Sevənlərim bu axşam hamınız Sərxana səs verin."
"Dostlar, Sərxan Kərəmoğluya səs verək. Dəstək olun. Az vaxt qalıb. Aktiv olun"
Sonda Təranə Qumral az səs toplayaraq Sərxan Kərəmoğluna uduzub.
Nazəninin İnstaqram hesabındakı izləyiciləri Təranə Qumralın uduzması münasibətilə ona təbrik və gözaydınlığı verib.