ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun bu günkü buraxılışında daha bir gözlənilməz hadisə baş verib.

Unikal.org xəbər verir ki, müğənni Sərəxan Kərəmoğlu əlindən maşını çəkərək şounu tərk edib. O, bunu yorğunluğu ilə izah edib. "Mən dünən demişdim ki, bu gündə olmasa sabah gedəcəm. Budur əlimi çəkib gedirəm. Cəsarətin çatır, başqasını çıxart. Bu gün gərək mənə istirahət verərdiniz.

Qeyd edək ki, SMS səsverməsinə çıxarılan müğənni Nadir Qafarzadə həmkarı Sərxan Kərəmoğlunu çıxaracağını demişdi.