"Maşın realiti-şounun daha bir buraxılışı geridə qalıb.
Unikal.org-un məlumatına görə, iştirakçılar bu dəfə müğənni Nadir Qafarzadənin şəklini atıblar.
İfaçı şoudan aktyor Sərxan Kərəmoğlunu çıxarmaq istədiyini söyləyib. Buna səbəb isə ötən gün Kərəmoğlunun efirdə Təranə Qumralı təhqir etməsi olub:
"Bu gün də Sərxanın özünə dedim ki, dünən düzgün hərəkət eləmədi. Məni xanım təhqir də etsə, söysə də, mən üzüm çevirib gedərəm. Amma o, belə eləmədi. Ona görə onu çıxaracam".
Lakin aktyorun maşından əlini götürüb getməsi, müğənninin yeni seçim etməsinə səbəb olub. Çıxılmaz vəziyyətdə qalan N.Qafarzadə rejissor Aqil M.Quliyevi oyundan çıxaracağını söyləyib.
Sonda tamaşaçıların səsverməsi ilə 37,54 faiz toplayan Qafarzadə oyundan özü gedib.