İctimai Televiziya və Radio Yayımları Şirkətində növbəti kadr dəyişikliyi edilib.

Unikal.org-un bakupost.az-a istinadən məlumatına görə, bir müddətdir, rəhbərsiz qalan Musiqi, bədii və əyləncəli verilişlər departamentinə yeni direktor təyin edilib. Bu vəzifə "Oberton verilişinin aparıcısı Xəyalə Əzizovaya həvalə edilib.

Məlumat üçün bildirək ki, Musiqi, bədii və əyləncəli verilişlər departamentinin sabiq rəhbəri Natiq Abdullayev bir müddət əvvəl bu vəzifədən azad edilərək, "Carçıfilm Yaradıcılıq Birliyinə direktor təyin edilmişdi.