apa-nın verdiyi məlumata görə, kənd sakini, 1989-cu il təvəllüdlü Ağayev Azər və onun həyat yoldaşı Asudə Ağayeva ailə münaqişəsi zəminində 1962-ci il təvəllüdlü Ağayev Etibar və Ağayeva Rəfiqəni öldürərək həyətlərindəki tövlədə basdırıblar və üzərini betonla örtüblər.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Məlumata görə, ər-arvad iyunun 5-də yoxa çıxıblar. Maraqlananlara Azər Ağayev valideynlərinin Rusiyaya yollandığını deyib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətli törədən şəxslər tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
xxx
Masallıda dəhşətli qətl hadisəsi baş verib.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, rayonun Miyenkü kənd sakini Ağayev Azər atası Ağayev Etibar Qiyas oğlu və anası Ağayeva Rəfiqə Qurban qızını qətlə yetirib.
İlkin məlumata görə, valideynlərini öldürən E.Ağayev onların meyitlərini tövlədə gizlədib.
Hadisənin təfərrüatı müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.