Rəqqasə Fatimə Fətəliyeva illərdir küsülü olduğu həmkarı Oksana Rəsulovaya qarşı gözlənilməz addım atıb.
Unikal.org xəbər verir ki, "Maşın" şouda yer alan Oksana ötən gün ən çox şəkli atılan və səsverməyə çıxan iştirakçı olub. Dostları tərəfindən təkləndiyini deyən rəqqasə göz yaşlarını saxlaya bilməyib.
F.Fətəliyeva Oksananın şəklini sosial şəbəkədə paylaşaraq ona səs verilməsini istəyib:
"Bu bir realiti şoudur. Amma oyunu qaydaları ilə oynamaq lazımdır. Haqqa haqq, nahaqqa nahaq olmaq lazımdır. Ola bilər ki, həmkarımla münasibətimiz elə də isti deyil. Heç bir qadının göz yaşını görmək istəmirəm. Hər kəsi Oksanaya dəstəyə çağırıram. Uğurlar".
Qeyd edək ki, Oksana səs toplayaraq Aqil M.Quliyevi yarışdan uzaqlaşdırıb