![](http://unikal.org/uploads/posts/2016-04/1460115043_83a379091d39dbdc355b9ffbaf130984.jpg)
Ermənistan hakimiyyəti aprelin 2-dən 5-dək gedən döyüşlərdə ölən hərbçiləri yeni itkilər kimi təqdim edir.
Erməni hərbi rəhbərliyi atəşkəs barədə razılıq əldə olunandan sonra hər gün cəbhədə hərbçi itirdiyini açıqlasa da, APA-nın erməni mətbuatı və sosial şəbəkələrdə apardığı monitorinqlərdən aydın olur ki, əslində, açıqlanan son itkilər aprelin 2-5-də baş verən döyüşlərdə ölənlərdir.
Sadəcə, Ermənistan rəhbərliyi yerli ictimaiyyətin etirazından çəkinərək, qızğın döyüşlərdə verdiyi çoxsaylı itkiləri hissə-hissə açıqlamağa başlayıb.
Erməni tərəfinin digər məqsədi isə atəşkəs əldə olunmasına baxmayaraq, Azərbaycan tərəfinin razılaşmaya əməl etmədiyini, atəşkəsin pozulması nəticəsində erməni hərbçilərinin öldüyünü göstərməklə, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməkdir.