Bakıda adam oğurluğu və quldurluqla məşğul olan şəxslərin ifadələri yayılıb.

Unikal.org "ARByə istinadən xəbər verir ki, cinayəti törədən şəxslər ilkin ifadələrində hadisənin baş verdiyi gündən danışıblar:

Zərərçəkən şəxs: "Telefon vasitəsilə bir xanımla tanış oldum. Onla münasibət qurandan sonra Azərbaycana çağırdı məni. Elə oldu ki, Azərbaycana gələsi oldum. Qızla Buzovnada görüş təyin etdik. Görüş zamanı 2 nəfər çıxıb həmin dəqiqə vurdular.

Saxlanılan şəxs: "Qız tapıb telefonu verdim ona ki, bir balaca onla danışsın ki, səs eşitsin. Birdəki o gələn günü danışdıq ki, filan ünvana gəl. Dediyimiz ünvana çatanda kimisə vurdu. Sonra mən də girdim. Uje vurulmuşdu.

Saxlanılan şəxslər zərərçəkənə xəsarətlər yetirib cibindəki pulları götürəndən sonra onu C.İbrahimovun "Opel" markalı avtomobilinin yük yerində dəstənin digər üzvü C.Fərzəliyevin Albalılıq qəsəbəsindəki evinə apararaq orada bir gün saxlayıblar. Həmin evdə isə İ.Umudovun çılpaq şəkillərini çəkərək polisə şikayət edəcəyi təqdirdə onu bu görüntülərini sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.

Saxlanılan şəxs: "Köynəyi cırıldı, özündən getdi. Qoyduq qardaşımın maşının baqajına. Apardıq Cavid adında dostumuzun evinə. Orada şəkillərini çəkmişik.

Saxlanılan şəxs: "Lüt şəkillərini çəkmişik ki, polisə xəbər versən yayacağıq.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.