Rusiya Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli və bu istiqamətdə Rusiyanın atdığı addımlar müzakirə olunub.
Unikal.org APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Erməni-Azərbaycan münaqişəsinin həlli mövzusu bu günlər Rusiya tərəfinin göstərdiyi səylər kontekstində müzakirə olunub", - deyə o, söyləyib.
Məsələ Rusiya və Qazaxıstan prezidentlərinin telefon danışığında da müzakirə olunub. V. Putin Rusiyanın addımları barədə Nursultan Nazarbayevi məlumatlandırıb.