Lerik rayonunda Lənkəran sakinindən küllü miqdarda narkotik götürülüb.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, Lerik rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran sakini Anatoliy Makarov saxlanılıb.
O, Lerik rayon ərazisində ümumi çəkisi 1,3 kq narkotik vasitə olan tiryəki satarkən saxlanılıb. Hazırda polis onun narkotik vasitəni haradan və necə əldə etdiyini araşdırır.
Qeyd edək ki, A.Makarov bununla ikinci dəfə məhkumluq həyatı yaşayacaq. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.